çərşənbə günü, 21 oktyabr 2026
     

Əliyevlə Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığının dost və düşmənlərinə Bakıdan aydın mesajlar verdilər - FOTO

Image


Oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qlobal layihə olan Bakı-Tiflis-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev iclasda çıxış edərək deyib:

- Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Cənab Prezident, biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu gün biz təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Bir daha görürük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Əlaqələrimizin inkişafı ilə bağlı bizim fikirlərimiz üst-üstə düşür.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da əminəm ki, çox uğurlu nəticə verəcək. Gündəlikdə bir çox məsələlər var - siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri. Yəni gündəlik kifayət qədər genişdir və bütün istiqamətlər üzrə çox yaxşı nəticələr var. Bizim qəbul etdiyimiz qərarlar icra edilir və hökumətlərarası birgə komissiya da çox uğurla fəaliyyət göstərir.

Əminəm ki, bu gün geniş tərkibdə müzakirə ediləcək məsələlər də yaxşı nəticələrə gətirib çıxaracaq. Bir daha xoş gəlmisiniz.

X X X

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bunları deyib:

- Hörmətli Prezident, dəyərli heyət üzvləri. Əvvəlcə gəldiyimiz andan bəri göstərdiyiniz qonaqpərvərliyə görə həm öz adımdan, həm də nümayəndə heyətim adından çox təşəkkür edirəm.

Dünən və bu gün keçirdiyimiz görüşlərlə birlikdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun necə yüksək səviyyəyə çatdırıldığını sevinc içərisində müşahidə edirik.

Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik. Bu münasibətlə, dəyərli qardaşım, Sizə, həmçinin memarından mühəndisinə, podratçısına qədər bütün firmalara, əməyi olan bütün nazir yoldaşlarımıza çox təşəkkür edirəm.

Bu münasibətlə bu gün keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının da xeyirli olmasını diləyirəm. Sağ olun.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzalayıblar.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Yüksək Təhsil Qurumunun rəhbəri Yekta Saraç imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının təhsil naziri İsmet Yılmaz imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekci imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Nurettin Canikli imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıb.

 

Prezidentlərin mətbuata birgə bəyanatları…

 

Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. “Trend”-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı qeyd edib: "Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə biz bir daha gördük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Dünyada bir-birinə yaxın olan, bir-birinə dəstək verən ikinci belə ölkələr yoxdur. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Təbii ki, müzakirə olunan məsələlərlə bağlı bizim aramızda fikir birliyi var, bütün məsələlər öz həllini tapır, müzakirə olunan məsələlər həyatda öz əksini tapır. Təbii ki, biz bu gün siyasi əlaqələrimizin gələcək inkişafını müzakirə etdik".

İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin siyasi əlaqələri uğurla inkişaf edir: "Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Mən bu il iki dəfə Türkiyədə olmuşam, bu gün isə Türkiyə Prezidenti Azərbaycanda səfərdədir. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman olduğu kimi bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır".

Prezident deyib ki, bu gün region üçün ən ağrılı problemlərdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə olundu: "Mən Prezident Ərdoğana danışıqlarla bağlı son vəziyyət haqıqnda məlumat verdim. Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon işğal altındadır və işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağından köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu qətnamələr kağızda qalır, Ermənistan buna məhəl qoymur və münaqişə öz həllini tapmır. Bu bizə qarşı göstərilən ikili standartlar siyasətidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr, qərarlar icra olunmamış qalır".

Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Bunun başqa yolu yoxdur. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməz ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Mən bir daha Prezident Ərdoğana Türkiyənin bu məsələ ilə bağlı Azərbaycana verdiyi dəstəyə görə öz minnətdarlığımı bildirmişəm. Türkiyə bütün zamanlarda, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dost kimi, qardaş kimi dəstəkləyir.

Bu gün biz hərbi sahədə əməkdaşlıq haqqında geniş müzakirə apardıq. Bu məsələ gündəlikdə duran məsələlərdəndir. Bu il üç dəfə Azərbaycanda, iki dəfə Bakıda, bir dəfə isə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığımızı gücləndirən amildir. Eyni zamanda, hərbi-texniki sahədə birgə fəaliyyətimiz davam edir".

İlham Əliyev bildirib ki, Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün böyük maraq kəsb edir: "Biz Türkiyədən hərbi təyinatlı məhsulları alırıq və bundan sonra da alacağıq".

Prezident əlavə edib ki, iqtisadi sahədə bu gün imzalanmış sənəd böyük əhəmiyyət kəsb edir: "Preferensial, yəni imtiyazlı ticarət anlaşması böyük məna daşıyır və əminəm ki, bu anlaşmanın qüvvəyə minməsi nəticəsində aramızda olan ticarət dövriyyəsi də böyük dərəcədə artacaq.

Bu gün, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu, investisiyalar haqqında aidiyyəti qurumların rəhbərləri məruzə ediblər. Bu günə qədər Azərbaycandan Türkiyəyə 10, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub. Bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayə 20 milyard dollara çatmalıdır".

Dövlət başçısı deyib ki, Türkiyə şirkətləri Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərir və Türkiyə firmaları dövlət xətti ilə, Azərbaycan dövlət büdcəsi hesabına bu günə qədər 11 milyard dollar dəyərində müxtəlif işlər görüb: "Biz çox şadıq, onların gördüyü işlər çox keyfiyyətlidir. Bu da iş adamları arasındakı dostluğu, əməkdaşlığı gücləndirir.

Təbii ki, bugünkü toplantıda ənənəvi olaraq enerji, nəqliyyat məsələləri müzakirə edildi. Burada da bütün qarşıya qoyduğumuz məsələlər öz həllini tapdı. Biz qoyduğumuz hədəflərə doğru inamla irəliləyirik".

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, TANAP layihəsi yaxın zamanlarda başa çatacaq. Bunun icrası ilə bağlı heç bir problem yoxdur: "Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi isə dünən artıq istismara verildi. Bu tarixi günü biz birlikdə qardaşımla, Türkiyədən gəlmiş qardaş-bacılarımızla birlikdə qeyd etdik Bu, bizim böyük uğurumuzdur, böyük qələbəmizdir. Bu bir daha göstərir ki, Türkiyə və Azərbaycanın iştirak etdiyi və təşəbbüskarları olduğu bütün layihələr icra edilir. Necə ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan, ondan sonra Bakı-Tbilisi-Ərzurum, TANAP layihəsi və Baki-Tbilisi-Qars layihəsi də bu sıradan olan böyük transmilli, qitə miqyaslı bir layihədir. Bizim birliyimiz, dostluğumuz bütün bunları mümkün edib".

İlham Əliyev bildirib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli faktordur, bölgədə sabitləşdirici rol oynayır: "Güclənən Türkiyə bizim gücümüzi artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə bu gün dünya miqyasında böyük gücə çevrilib, düşmənlər isə məyus olur. Qoy, həmişə dostlarımız sevinsin. Əminəm ki, bundan sonra da ancaq inkişaf, tərəqqi və qələbə yolu ilə gedəcəyik. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədi olacaq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ