Rusiya prezidenti Vladimir Putinin İran səfərinin əsas məqsədi bəlli olub.
Baki-xeber.com-un Kremlin saytına istinadən xəbərinə görə, Rusiya dövlətinin başçısı Tehranda Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani ilə üçtərəfli görüş keçirəcək. Rusiya mətbuatının xəbərinə görə, görüşün əsas mövzusunu Azərbaycanın İrana Astara-Rəşt-Astara dəmiryolunun tikintisinin başa çatdırılması məqsədilə kredit ayırması təşkil edəcək.
Ekspertlər oktyabrın 30-da Azərbaycanın böyük təntənə ilə açılışını etdiyi Bakı-Tiflis-Qars dəmiryolundan kənarda qalmasına görə Rusiyanın İran-Azərbaycan dəmiryolunun tikintisinin başa çatmasında maraqlı olduğunu deyir. Çünki bu yol işə düşərsə, Rusiyanın da dolayısı ilə BTQ-yə qoşulması reallaşar.
Beləliklə, Bakı-Tiflis-Qarsdan Rusiya ilə özünün kənarda qalacağını deyən Ermənistan bu məsələdə də tək qalmalı olacaq.