Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi noyabrın 6-7-i Brüsseldə keçiriləcək. Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.
Onun sözlərinə görə, bu danışıqlar zamanı sazişin siyasi tərəfi müzakirə olunacaq.