Astanada Suriya tənzimlənməsi üzrə danışıqların yeddinci raundu start götürür. Dinləmələr çərmivəsində artıq Rusiya, Türkiyə və İran nümayəndə heyətləri ikitərəfli danışıqlara başlayıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, hazırda Əsəd həbsxanalarındakı məhbuslarla əsirlərin dəyişdirilməsi məsələsinin texniki tərəfləri üzrə mazakirələr aparılır.
Astananın “Ritz Carlton” otelində türk və rus nümayəndə heyətləri arasında atəşkəs rejimi ilə bağlı danışıqlar başlayıb. Eyni zamanda həmin oteldə Suriya müxalifət nümayəndələrinin BMT təmsilçiləri ilə tövsiyə xarakterli görüşü də keçirilir. Müxalifətdəki mənbənin xəbərinə görə, Suriya Azadlıq ordusunun komandirlərindən biri və müxalifətin nümayəndə heyətinə başçılıq edən Əhməd Bırri müzakirələrə Əsəd qüvvələərinin atəşkəs rejimini pozması, İranyönümlü qruplaşmaların törətdiyi qətllər, Əsəd həbsxanalarında məhbusların vəziyyəti və İranyönümlü qruplaşmalar və PKK/PYD-nin terror aktları nəticəsində yerli sakinlərin etnik mənşəyinin dəyişdirilməsi ilə bağlı 4 sənəd təqdim edəcək.
Daha sonra Rusiya, Türkiyə və İran arasında üçtərəfli müzakirələr başlayacaq. Xəbərə görə, gündəlikdə Suriyanın İdlib bölgəsində üş ölkənin müşahidə kontingentinin yerləşdirilməsi və əsirlərin məhbuslarla dəyişdirilməsi əsas yer tutur. Eyni zamanda azad olunmuş ərazilərin minalardan təmizlənməsi də gündəm mövzuları sırasına daxildir.
Həmçinin Rusiya nümayəndə heyəti Suriyada Milli Birlik Komitəsinin yaradılması təklifi ilə də çıxış etmək niyyətindədir. Lakin təklifin detalları açıqlanmır.