Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Bakı-Tiflis-Qars dəmiryolunun açılışında iştirak etmək üçün Azərbaycana gəlir.
Baki-xeber.com-un xəbərinə görə, rəsmi səfərə onu xanımı Əminə Ərdoğan, iqtisadiyyat naziri Nihat Zeybekçi, enerji və təbii sərvətlər naziri Berat Albayrak, təhsil naziri İsmət Yılmaz, Müdafiə naziri Nurəddin Canikli və nəqliyyat və kommunikasiya naziri Əhməd Arslan müşayiət edir.
Qeyd edək ki, Türkiyə prezidenti və nümayəndə heyəti Azərbayan Prezidenti İlham Əliyevlə birlikdə BTQ-nin rəsmi açılışında iştirak edəcək.
Daha sonra qonaqlara Azərbaycan Prezidentinin adından ziyafət veriləcək.