Türkiyənin Baş naziri Binəli Yıldırım “Bakı-Tiflis-Qars” dəmir yolu layihəsinin uğurla başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Georgi Kvirikaşviliyə zəng edib.
“Anadolu” agentliyinin xəbərinə görə, B. Yıldırım Azərbaycan Prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu verdikləri dəstəyə görə təşəkkür edib.
Türkiyənin Baş naziri Bakı-Tiflis-Qars dəmir yolunun xeyirli-uğurlu olmasını arzu edib.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş nazirinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçiriləcək.