Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Azərbaycana gələcək. Bu barədə Trend-ə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, N.Canikli oktyabrın 31-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak da Azərbaycana gələcək. Bu barədə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, B.Albayrak oktyabrın 31-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.
Nazirlikdən bildirilib ki, Şuranın toplantısı çərçivəsində Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının möhkəmləndirilməsi barədə müzakirələrin aparılacağı gözlənilir.
Qeyd edək ki, Şuranın 5-ci toplantısı Bakıda ötən ilin martın 15-də keçirilib.