Goranboy rayonunda pambıqçıları daşıyan avtobus aşaraq çaya düşüb.
Baki-xeber.com-un xəbərinə görə, xəsarət alan 25 nəfər işçi Goranboy xəstəxanasına qaldırılıb. Xəbərə görə, baş vermiş qəzada xəsarət alan sərnişinlərdən biri, 1963-cü il təvəllüdlü Rəna Hüseyn qızı Bağırovanın vəziyyəti ağırlaşıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hazırda reanimasiya şöbəsində müalicə alan qadının Gəncədəki xəstəxanalardan birinə köçürüləcəyi bildirilib.