Rusiyanın Kemerovo vilayətinin "Yubileynaya” adlı şaxtasında uçqun baş verib.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, layın çökməsi nəticəsində baş verən bədbəxt hadisə zamanı 172 nəfər xilas olunub, 2 nəfər isə itkin düşmüş sayılıb. Onlarla heç bir əlaqənin olmadığı xəbər verilir.
İtkin düşənlərin axtarışı davam edir.