ABŞ-ın Ədliyyə Nazirliyi gələn həftə Türkiyəyə Fətullah Gülən işi ilə bağlı müzakirələr aparmaq məqsədilə nümayəndə heyəti göndərmək niyyətindədir.
Baki-xeber.com-un Anadolu Ağentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ədliyyə Nazirliyindəki mənbə bildirib.
Xatırladaq ki, Türkiyə hökuməti ABŞ-ın Pensilvaniya statında yaşayan türk dini lideri Fətullah Güləni 15 iyul çevriliş olaylarında ittiham edərək ABŞ hökumətindən ekstradisiyasını tələb edib. Eyni zamanda bildirilir ki, Türkiyə tərəfi ekstradisiya tələbilə ikini dəfə də müraciət edib. Lakin ABŞ Dövlət Departamenti ikinci müraiətlə bağlı onlarda məlumatın olmadığını bildirib.