İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakı səfərindən öncə ölkəsinin kütləvi informasiya vasitələrinə Bakı şəfərini şərh edib.
Baki-xeber.com-un İRNA-ya istinadən xəbərinə görə, prezident Ruhani Bakıda baş tutacaq Azərbaycan – İran – Rusiya yüksək səviyyəli görüşünü çox önəmli adlandırıb.
İran prezidenti deyib ki, regional problemlərin müzakirəsinə geniş yer ayrılacaq görüşlərdə danişiqların ana xəttini "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi təşkil edəcək. Prezident Ruhani onu da deyib ki, üçtərəfli Bakı danışıqları qonşu ölkələrlə əməkdaşlıq, Yaxın Şərqdə vəziyyət və Qafqazda stabillik baxımından mühüm əhəmiyyətə malikdir.
Ruhani onu da deyib ki, Bakıda üç ölkə arasında iki günlük danışıqlar ilk dəfədir keçirilir.