İrəvanda polis alayını tutan silahlı qrupun tərəfdarlarından olan "Təsis parlamenti”nin üzvü Arutyun Ağlamazyan avqustun 5-nə keçən gecə yaşadığı binanın qarşısında amansızcasına döyülüb.
Baki-xeber.com bu barədə yerli mətbuata istinadən xəbər verir. Xəbərə görə, bununla bağlı mətbuata zərərçəkmişin atası Karen Ağlamazyan xəbər verib. Onun sözlərinə görə, oğlu Xüsusi istintaq xidmətindən evə dönərkən döyülüb:”Arutyun zəng edib dedi ki, evə gəlir. Mən onu qarşılamağa çıxdım. Evin yaxınlığında 3 nəfər ona yaxınlaşıb Arutyun olub-olmadığını soruşdular. Müsbət cavab aldıqda isə amansızcasına döyməyə başladılar”.
O, oğlunun hazırda Erebuni xəstəxanasında olduğunu deyib.