Dünən Rio-de-Janeyroda Xİ Yay Olimpiya Oyunlarının açılış mərasimində xoşagəlməz olay yaşanıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, Olimpiadanın açılış mərasimində qonaqları salamlayan Braziliya prezidentinin səlahiyyətlərini icra edən Mişel Tamerin çıxışı fitə basılıb.
Xatırladaq ki, Braziliya prezidenti Dilma Rouseff bu ilin may ayında Senatın qərarı ilə vəzifəsindən ayrılıb. Həmin tarixdən baş nazirin müavini Mişel Temerə 180 günlük müddət ərzində prezidentin səlahiyyətlərini icra etmək tapşırılıb və Temer özünün mevəqqəti kabinetini formalaşdırıb.