Prezident İlham Əliyev "Azərbaycan İpoteka Fondu” ASC-yə sədr təyin edilməsi haqqında Sərəncam imzalayıb. Baki-xeber.com-un Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbərinə görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fəxri Xanhüseyn oğlu Kazımov "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust 2016-cı il.