İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Perezdenti Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün avqustun 7-də Bakıya rəsmi səfərə gələcək. Trend bu barədə "IRNA" agentliyinə istinadən məlumat verir.
Görüş zamanı ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.