Türkiyənin ginnesin Pekordlar Kitabına düşən məşhur bərbəri Ərcan buyruk bu dəfə də gördüyü işlə insanları heyrətləndirməyi bacarıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu dəfə o. Müştərisinin başında prezident Ərdoğanın portretini yaratmaqla gündəmə gəlib. Çevriliş olaylarından bu günə kimi Ankarada "demokratiya nöbəti” tutan Buyruk deyib ki. ölkəsi çox çətin bir dönəmdən keçir və prezidentin ölkəni bu durumdan uğurla çıxaracağına inanır. O üzdən də prezidentə yaratdığı sənət əsərilə minnətdarlıq bildirmək istəyib.
Buyruk onu da deyib ki, prezidenti öz bərbərxanasında çaya qonaq etməkdən şərəf duyar.