Cümə axşamı günü, 05 noyabr 2026
     

İlham Əliyev Qərbdə İslamı terrorla əlaqələndirənlərə açıq mesajlar verdi

Image


Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Sessiyanın açılışında beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak ediblər.

Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. ISESCO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir, qurumun növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

ISESCO-nun Baş Konfransının XII sessiyası "Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə adlandırdı. ISESCO-nun dünya miqyasında önəmli beynəlxalq təşkilata çevrildiyini deyən dövlətimizin başçısı qurumun son illərdə İslam aləmində elm, təhsil və mədəniyyət sahələrinin inkişafında böyük uğurlara nail olduğunu bildirdi. Ölkəmizin ISESCO-nun fəal üzvlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, indiyədək təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib. "ISESCO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib”, - deyən dövlətimizin başçısı bu mövqeyinə görə baş direktor Əbdüləziz Osman əl-Tuveycriyə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, münaqişə uzun illərdir davam edir, ərazimizin 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını vurğulayan dövlətimizin başçısı Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirdi və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, ATƏT-in işğal olunmuş ərazilərə göndərdiyi missiyaları orada hər şeyin, həmçinin 10 məscidin dağıdıldığını müəyyən ediblər. "Bu vəhşilikdir, bu, İslam mədəniyyətinə qarşı terrordur”, - deyən Azərbaycan Prezidenti son illərdə bəzi Qərb dairələrində İslamın terrorla əlaqələndirilməsinin düzgün olmadığını, İslamın sülh dini olduğunu bəyan etdi. Azərbaycanın islamofobiyaya qarşı mübarizə apardığını diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizin xaricdə İslam mədəniyyətinin təbliğinə böyük önəm verdiyini, Azərbaycanın dinlərarası və millətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. "Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”, - deyən dövlətimizin başçısı ISESCO-nun məşğul olduğu sahələrin ölkəmizdə inkişaf etdiyini, elm, təhsil və mədəniyyət sahəsində iri layihələrin həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu il tarixdə ilk dəfə Bakıda birinci Avropa Oyunları keçirilib. 2017-ci ildə isə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bunun təkcə idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisi olduğunu deyən dövlətimizin başçısı ölkəmizin dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq şəraitində yaşamasına töhfə verdiyini diqqətə çatdırdı.

Çıxışının sonunda ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin xidmətlərini vurğulayan Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsində və ikitərəfli əlaqələrin inkişafında onun böyük rol oynadığını dedi və ölkəmizin yüksək dövlət mükafatlarından olan "Dostluq” ordenini ona təqdim etdi.

Əbdüləziz Osman əl-Tuveycri bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə, həmçinin yüksək ordenə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Təşkilatın fəaliyyət proqramı və Baş Konfransın qarşısında duran gələcək planlar barədə danışan Əbdüləziz Osman əl-Tuveycri növbəti üç il ərzində Baş Konfransın əsas fəaliyyət proqramını açıqlayarkən bildirdi ki, başlıca diqqət gənclərin İslam dəyərlərinin gücləndirilməsi işinə səfərbər olunmasına, üzv dövlətlərin təhsil, elm və mədəniyyət sahələrində keyfiyyətli idarəçiliyin təşkilinə yönəldiləcək. Baş direktor bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişaf bütün İslam aləmində müasir dövlətin nümunəsidir. Qazanılan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edən ISESCO-nun baş direktoru bu nailiyyətlərin davamlı olacağına əminliyini ifadə etdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirərək işğal olunmuş ərazilərin tezliklə azad edilməsinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılmasının zəruriliyini diqqətə çatdırdı.

Daha sonra mükafatlandırma mərasimi oldu. ISESCO-nun 2015-ci il üzrə "Savadlılıq” mükafatına Nigeriyanın nümayəndəsi layiq görüldü.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş Konfransın nümayəndələri ilə xatirə şəkli çəkdirdilər.

Daha sonra dövlətimizin başçısı və xanımı konfrans iştirakçıları ilə görüşərək onlarla söhbət etdilər.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin iyulunda ISESCO-nun Baş Konfransının XII sessiyasının və İcraiyyə Şurasının toplantısının Bakıda keçirilməsi ilə bağlı Sərəncam imzalamışdı. Budəfəki konfransda müzakirə olunan məsələlərin müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacağı, qəbul ediləcək qərarların isə İslam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyi bildirilir.

Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə ikitərəfli əlaqələr uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ