Rusiyanın krasnoyarsk diyarında vertolyot qəzaya uğrayıb. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, qəzaya uğrayan Mi-8-in göyərtəsində 25 nəfər olub. İlkin məlumata görə, qəza nəticəsində onlardan 12 nəfəri həlak olub. Qərbi Sibir nəqliyyat prokurorluğunun rəsmisi Oksana Qorbunova faktı təsdiqləyib.
Daha öncə verilən məlumata görə, vertolyot Turuxan rayonunda hələlik bilinməyən səbəbdən sərt eniş edib. Bu barədə sərnişinlər xəbər verib. "Krasnoyarsk diyarına uçan vertolyot bilinməyən səbəbdən Turuxan rayonuna sərt eniş edib. Sərnişinlər estremal xidmətlə əlaqə yaradaraq insident barədə informasiya verib və bildiriblər ki, ekipaj üzvləri həlak olub” – deyə xidmətdən bildiriblər.
Xəbərə görə, vertolyot Yenisey çayında buzun üzərinə düşüb. Sosial şəbəkələrdə artıq vertolyotun fotosunun yayıldığı bildirilir. Yaxınlığında görünən naməlum predmetlərin isə onun sınmış hissələri olduğu güman edilir.