"İslam dövləti” terrorçu təşkilatı yaydığı növbəti təbliğati videosunda 60 dövləti özünün düşməni elan edib və onları "qara siyahı”ya saldığını bildirib. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, radikalların bu siyahısı 4 dildə tərtib olunub.
Maraqlıdır ki, siyahıda Rusiya, ABŞ, Fransa və İsraillə yanaşı, beynəlxalq antiterror koalisiyasına dəxli olmayan ölkələr də yer alıb. Bu sıraya Ukrayna, Moldova, İsveçrə və Malta aiddir. Terrorçular bunun səbəbini izah etməyib.