Su-24 təyyarəsi ilə bağlı insidentin ardindan Rusiya Türkiyəyə hərbi "dildə” cavab verməyə hazırlaşmır. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, belə bir bəyanatla Rusiya Federasiyasinin Avropa İttifaqındakı daimi nümayəndəliyinin sədr müavini Vladimir Çijov çıxış edib.
"Hərbi planda biz, təbii ki, Türkiyəyə müharibə elan etmək fikrində deyilik. Lakin Rusiya HHQ-nın Suriyada apardığı əməliyyatlar bundan sonra daha güclü şəkildə qorunacaq”- deyə "Euronews”un Rusiyanın insidentə mümkün cavab addımları ilə bağlı sorğusunun cavabında Çijov bildirib. Rusiya XİN-in ölkə vətəndaşlarına Türkiyə səfərlərindən çəkinməyə yönəlik çağırışını isə o, onların təhlükəsizliyinin qorunması ilə izah edib. Lakin onu da deyib ki, Türkiyə tərəfinin "provokativ” addımı iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək.