Rusiya Müdafiə Nazirliyinin Su-24 təyyarəsinin vurulduğunu açıqlamasının ardından dünən Türkiyənin Moskvadakı səfirliyi bir qrup şəxsin hücumuna məruz qalıb. Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, aksiyaçılar səfirliyin binasını daş və yumurta "atəşinə” tutub. Nəticədə binanın hətta 2-ci və 3-cü mərtəbəsinin şüşələri sınıb. Səfirliyin mətbuat müşaviri Orhan Qazigil təhlükəsizlik qüvvələrinin tədbirsizliyindən narazılığını bildirib. "Səfirliyin yerləşdiyi bina tamamən bağladıla bilərdi” – deyən müşavir nəticədə binanın zərər gördüyünü deyib.