Türkiyə hərbçiləri Rusiyanın vurulan təyyarəsinin pilotlarına edilən xəbərdarlığın audioyazısını yayıb. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, xəbərdarlıq mətnində deyilir:”Bu Türkiyə HHQ-dir.Siz Türkiyənin hava məkanına yaxınlaşırsız. Dərhal kursunuzu cənub istiqamətində dəyişin”. İngilis dilində səslənən xəbərdarlığın bir neçə dəfə təkrar edildiyi bildirilir.
Xatırladaq ki, vurulan təyyarənin xilas edilən pilotu onlara heç bir xəbərdarlığın edilmədiyini bildirib.