Rusiya təyyarələri Suriyanın Hələb şəhəri yaxınlığındakı Əziz kəndinə humanitar yardım aparan Türkiyə konvoyunu bombalayıb. Baki-xeber.com bu barədə Anadolu Agentliyindən xəbər əldə edib.
Xəbərə görə, nəticədə 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Eyni zamanda 20 yük maşınının da məhv edildiyi bildirilir. Yerli sakinlər isə 30 avtomobilin yandığını xəbər verib.
Dəməşq ordusunun səhra komandiri Zəkəriyyə Karslı konvoya rus təyyarələrinin hücum etdiyini təsdiqləyib.