Onun sözlərinə görə, efir məkanının pozulmasının qarşısını texniki avadanlıqlarla almaq mümkün deyil. Ona görə də bu məsələ razılıq şəklində həll olunmalıdır: "Bu məqsədlə İran tərəfi ilə danışıqlar aparılır. İran radiovericilərin gücünü azaldarsa, Azərbaycanın efir məkanını pozmaya bilər".
İ.Məmmədov əlavə edib ki, İranla yanaşı, digər qonşu dövlətlərin televiziya və radio kanalları da Azərbaycanın efir məkanına müdaxilə edir: "Məlum səbəblərdən Ermənistan tərəfi ilə danışıqlar apara bilmirik. Amma qərb bölgəsində Gürcüstan telekanallarının ara-sıra efir məkanımızı pozmasının qarşısını almaq məqsədilə qonşu dövlətin rəsmiləri ilə də danışıqlar aparılır”.