Paris terrorunun təşkilatçısı Abdelhamid Abaud xüsusi əməliyyat nəticəsində məhv edilib. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə kəşfiyyat məlumatı açıqlanıb.
RİA "Novosti”nin xəbərinə görə, Parisin Sen-Deni rayonunda bu gün səhər saatlarında terroçunun saxlandığı ehtimal edilən mənzilə polis basqını zamanı mənzildəki qadın "şəhid kəməri”ni işə salıb. Nəticədə güclü partlayış meydana gəlib. Əməliyyat nəticəsində mənzildə olan 3 nəfər şübhəli tutulub, terrorçu qadın və daha bir cinayətkar isə ölüb. Əməliyyatın gedişində 5 polis də xəsarət alıb. Fransa DİN başçısı Bernar Kaznevin bildirdiyinə görə, hazırda terrorçuların kimliyi araşdırılır. Fransa prokuroru Fransua Molens deyib ki, terrorçuların saxlandığı mənzilin qapısı zirehli olduğundan polis qapıya 5 mindən artıq atəş açıb, bu isə əməliyyatın gedişinə əngəl yaradıb.