İclasda bildirilib ki, müraciət MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 9 saylı seçki məntəqəsində səsvemənin nəticələrinin ləğv edilməsinə əsas yaranıb. Digər şikayətlər isə öz əksini tapmayıb. Beləliklə, MSK 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv edib.
Qeyd olunub ki, bu, həmin dairədə səsvermənin ümumi nəticələrinə təsir etməyib.
MSK katibi Arifə Muxtarova məlumat verib kiMərkəzi Seçki Komissiyası noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrini müəyyən edib və seçkilərin ümumi yekunlarına dair protokolların tərtib edilməsinə qərar verib.
O, qeyd edib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə 17 seçki məntəqəsi, o cümlədən, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal birinci seçki dairəsi, 82 saylı Ağcabədi seçki dairəsi, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi, 85 saylı Şamaxı seçki dairəsi, 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə bəzi seçki məntəqələrində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş seçki dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi dairələr üzrə ümumi nəticəyə təsir etməyib.
Bunlar nəzərə alınaraq, MSK seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi barədə qərar verib.