Missiyaya ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lalli rəhbərlik edir.
Missiya ABŞ və Azərbaycan iqtisadiyyatı arasında işgüzar və ticarət əlaqələrini daha da möhkəmləndirməyə diqqət çəkmək üçün biznes liderləri və hökumət nümayəndələrini bir araya gətirəcək.
Missiya bir neçə hökumət görüşləri, təkbətək görüşlər və qəbullarda iştirak edəcək.
Missiyada "Baxter”, "Bloomberg LP”, "Capstone Turbine”, "Dow”, "Honeywell”, "Globalise”, "Langan”, "Miyamoto International”, "Osisoft”, P&G, "Thomson Reuters”, "Turner International", "Wayback's Burgers”, "WSP/Parsons Brinkherhoff” şirkətləri iştirak edir.