Azərbaycan beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 22 mart 2015-ci il tarixdə könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.
BQXK-dan Trend-ə verilən məlumata görə, təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlıgında baş tutub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, Ermənistan tərəfindən prosesdə iştirak edən şəxlərin videoçəkiliş apardığı aşkar edilib. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib və videoçəkilşin aparılmasının qarşısı alınıb.