Dünən gecə saatlarında Nigeriyanın ən narahat əyaləti olan Adamavanın paytaxtı Yolada terror aktı baş verib. Baki-xeber.com-un Cihan agentliyinə istinadən xəbərinə görə, nəticədə 32 nəfər həlak olub, 80 nəfər isə yaralanıb. Ölkənin səhiyyə qurumlarından verilən xəbərə görə, qurbanların çoxu ətrafdakı satış obyektlərinin işçiləri və müştəriləri olub. Səhiyyə qurumları ölü sayının artacağından ehtiyat edir.
Nigeriya dövlət başçısı Məhəmməd Buxari hadisə sonrası özünün tvitter səhifəsində "İnsanlığın düşmənləri heç bir halda qazanmayacaq. Əl-ələ verərək torpaqlarımızı terrorizmdən təmizləyəcəyik” sözlərini yazıb.
Xəbərdə o da xatırladılır ki, bu ölkədə son terror aktı ötən ayın 23-də baş verib. Məscidləri hədəfə alan həmin terror olaylarında bombaçıların özünü partlatması nəticəsində 42 nəfər ölmüş, 100-dən çox insan yaralanmışdı. Hadisənin məsuliyyətini Boko Haram terror təşkilatı öz üzərinə götürmüşdü. Bu günə kimi 20 minə yaxın insanı qətləyetirən, 2,1 milyon insanın öz yurd-yuvasından didərgin düşməsinə səbəb olan Boko Haram Nigeriyanın şimalında müstəqil dövlət qurmağı hədəfləyir. Orgütün kökünü kəsəcəyi vədilə hakimiyyətə gələn Buxarinin iqtidarda olduğu dönəmdə isə 800-dən artıq insan onlar tərəfindən qətl edilib.