İstanbulun Sultanqazi rayonunda polis erkən saatlarda əməliyyat keçirib. Bu barədə baki-xeber.com Dogan xəbər agentliyinə istinadən bildirir.
İstanbul Polis idarəsi mütəşəkkil cinayətlərə qarşı şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyatda bir neçə ünvana basqın gerçəkləşdirilib. Əməliyyata çevik polis alayı da dəstək verib. İstanbul Polis İdarəsindən konvoy halında çıxan polis dəstələri yerli vaxtla saat 05:30 radələrində Sultanqaziyə gəlib. Polislər öncədən bəlli ünvana qapını qıraraq daxil olub və axtarış aparıb.
Hələlik əməliyyatın təfərrüatları açıqlanmır.