Keçmiş deputat, psixologiya elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədova Bakı Dövlət Universitetinin (BDU) müəllimi vəzifəsindən azad olunub. Baki-xeber.com "Report"a istinadən xəbər verir ki, G.Əhmədovanın dərs dediyi BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2015-2016-cı tədris ilində ona dərs saatı verilməyib. Bu səbəbdən keçmiş deputat işdən çıxmaqla bağlı ərizə yazıb. BDU rəhbərliyi G.Əhmədovanın ərizəsini qəbul edib və onun universitetin müəllimi vəzifəsindən azad olunmasına qərar verilib.
Artıq G.Əhmədovanın adı BDU-nun müəllimləri siyahısından da çıxarılıb.