İsrail aviasiyası Qəzza sektorunda HƏMAS-ın iki obyektini bombalayıb. Bu barədə baki-xeber.com kommersant.ru saytının xəbərinə əsasən bildirir.
Xəbərə görə, İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında bunun Fələstin tərəfinin növbəti raket zərbələrinə cavab xarakteri daşıdığı bildirilib.
"Dünən axşam Qəzza sektorundan İsrailin cənubuna raket atıldı. Cavabında İsrail ordusu HƏMAS-ın Qəzzanın mərkəzi və şimal hissələrində iki obyektini bombaladı” - deyə hərbçilər bildirib.
Yerli səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra isə deyib ki, hücum nəticəsində xəstəxanalara yaralı daxil olmayıb.