Parisin şimal hissəsindəki Sen-Denı rayonunda polis sübh tezdən əməliyyat keçirib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, əməliyyat parisdə 13 noyabr tarixində baş verən terrorda şübhəli bilinən 2 nəfərin tutulması istiqamətində aparılıb.
Xəbərə görə, əməliyyat davam edir. Hazırda 2 nəfər polis məmurunun yaralandığı xəbər verilir.
Xatırladaq ki, noyabrın 13-də parisdə törədilən silsilə teraktlar nəticəsində 129 nəfər həlak olub, 352 nəfər yaralanıb. Hadisə ilə bağlı 7 nəfər şübhəli şəxs qismində tutulub.