Cümə axşamı günü, 05 noyabr 2026
     

İlham Əliyev dünyanın 20 nəhənginə dünyanı düzəltməyin strategiyasını təqdim etdi

Image


Prezident Azərbaycanı G20 zirvəsinin tamhüquqlu üzvü kimi bəyan etdi

"Azərbaycanın inkişaf modeli G20 üzvləri üçün də maraqlı ola və yeni perspektivlər aça bilər"

Noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmiliyin" (G20) üzvü olan dövlət və hökumət başçılarının Sammiti ilə bağlı xüsusi nəşr buraxılıb. Nəşrdə Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ümumi strategiyanın formalaşdırılması" məqaləsi dərc olunub. Məqalə "G20"-nin saytında da verilib.
Baki-xeber.com AZƏRTAC-a istinadən həmin məqaləni təqdim edir.

X X X
Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və inkişafda olan dövlətlərinin birləşdiyi "Böyük İyirmilik" (G20) qlobal dünyanı narahat edən müxtəlif çağırışlara cavab vermək gücünə malik əlverişli platformadır. 2015-ci ildə "G20"-yə Türkiyənin sədrlik etməsi bizim region ölkələri, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Türkiyə ötən dövrdə həm "Böyük İyirmiliy"in üzvü olan dövlətlər, həm də "G20" ilə digər ölkələr arasında əlaqələrin inkişafına böyük diqqət yetirmiş, qarşılıqlı əməkdaşlıq şəraitində müsbət nəticələr əldə olunmasına sanballı töhfə vermişdir. Son dövrlərdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Türkiyə dünyanın inkişaf etmiş dövlətlərindən birinə və təsirli güc mərkəzinə çevrilmişdir. Azərbaycan öz strateji müttəfiqinin uğurlarından, onun bölgədə getdikcə sülhün və təhlükəsizliyin əsas qarantlarından biri kimi çıxış etməsindən xüsusi məmnunluq duyur. Azərbaycan həm də bugünkü toplantıda Türkiyənin birbaşa dəvəti ilə tamhüquqlu üzv qismində iştirak edir və buna görə də mən şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan 24 illik müstəqilliyik dövründə özünəməxsus inkişaf yolu keçmişdir. 1995-ci ildə ölkədə demokratik normalara cavab verən yeni Konstitusiya qəbul olunmuş, çoxpartiyalı sistem əsasında parlament formalaşdırılmışdır. Bunun ardınca hüquqi dövlət quruculuğu çərçivəsində hakimiyyətlərin bölünməsi və demokratik idarəçilik təmin edilmiş, həyata keçirilən islahatlar nəticəsində liberal iqtisadi sistem formalaşmış, insan hüquqları, plüralizm, söz və məlumat azadlığı, azad internet bərqərar olmuş, vətəndaş cəmiyyəti institutlarının inkişafına hərtərəfli dövlət dəstəyi göstərilmişdir.
Bu gün Azərbaycan möhkəm daxili sabitliyə, cəmiyyətdə hökm sürən vətəndaş birliyinə və həmrəyliyinə, millətlər və dinlərarası sülhə, tolerantlıq mühitinə, liberal, dayanıqlı və dinamik iqtisadiyyata söykənərək özünün inkişaf modelini dünyaya təqdim edir.
1994-cü ildə Azərbaycanın təşəbbüsü ilə dünyanın qabaqcıl ölkələrini təmsil edən şirkətlərlə Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına ixracı sahəsində "Əsrin kontraktı" imzalanmış, sonrakı mərhələdə isə Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri kimi nəhəng enerji layihələri reallaşdırılmışdır. Bu layihələr həm dünya iqtisadiyyatı, həm də Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyət daşımış, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynamışdır.

Şaxələndirilmiş iqtisadiyyat

Öz enerji təhlükəsizliyinə nail olan Azərbaycan bu gün başqa ölkələrin etibarlı enerji təminatında mühüm rol oynayır. Hazırda Cənub Qaz Dəhlizi çərçivəsində Türkiyə və avropalı tərəfdaşlarımızla inşasına başladığımız TANAP və TAP kimi transmilli qaz ixracı layihələri vasitəsilə Xəzərin zəngin təbii qaz ehtiyatlarının Avropaya nəqli üzərində ciddi iş aparırıq. "Şahdəniz 2" layihəsinin işlənməsi və Xəzər hövzəsinin zəngin təbii qaz yataqlarının dövriyyəyə buraxılması həm Azərbaycanın bundan sonrakı dövrdə davamlı inkişafını təmin edəcək, həm də Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkdir.
Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. Keçən il istifadəyə verdiyimiz Bakı Beynəlxalq Dəniz Limanı, yaratdığımız müasir beynəlxalq hava nəqliyyatı sistemi və nəhayət, bu il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Avropa-Asiya əlaqələrinin mərkəzi ölkəsinə çevirəcəkdir.
Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmiş və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilmiş, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılmışdır. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır.
Azərbaycanda sosial məsələlərin həlli, əhalinin rifahının yüksəldilməsi və məşğulluğunun artırılması dövlət siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində regionlarda minlərlə istehsal obyekti yaradılmış, həmçinin ölkədə 1,4 milyon yeni iş yeri açılmışdır ki, bunun da 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə artmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq isə 5 faizə enmişdir.

Vacib istiqamətlər...

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsinin həlli, əhalinin əsas ərzaq məhsulları ilə daxili istehsal hesabına etibarlı təminatı prioritet vəzifə kimi müəyyən edilmişdir. Mühüm dövlət proqramlarının qəbul olunması və uğurlu icrası nəticəsində kənd təsərrüfatının davamlı inkişafı təmin edilmiş və ərzaq təhlükəsizliyi sahəsində qarşıya qoyulan vəzifələr əsasən yerinə yetirilmişdir. 2005-2014-cü illərdə Azərbaycanda kənd təsərrüfatı 48,9 faiz, ərzaq məhsulları istehsalı isə 39 faiz artmışdır.
Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, investorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli iş şəraitinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, ölkə iqtisadiyyatında özəl sektorun payı 82 faizə yüksəlmişdir. 2002-ci ildən bu günə kimi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına 2 milyard dollardan çox güzəştli kredit verilmiş, təkcə 2014-cü ildə bu rəqəm 380 milyon dollar təşkil etmişdir.
Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 10 faizindən bir qədər çoxdur ki, bu da dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Nüfuzlu beynəlxalq iqtisadi, maliyyə və reytinq mərkəzləri Azərbaycan iqtisadiyyatının davamlı şəkildə inkişafını proqnozlaşdırır, bu məqsədlə həyata keçirilmiş tədbirləri təqdirəlayiq hesab edirlər. Davos Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üçün Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan rəqabətqabiliyyətlilik indeksi üzrə dünyanın 144 ölkəsi arasında 38-ci yerə yüksəlmişdir.
Azərbaycanda bütün tədbirlər dünya iqtisadiyyatının inkişaf meyilləri nəzərə alınmaqla, konkret proqramlar əsasında və müasir texnologiyalar tətbiq olunmaqla gerçəkləşdirilir. Ölkəmiz həm dünyadakı mövcud innovasiyaları mənimsəyir, həm də ayrı-ayrı sahələri əhatə edən yeniliklərin təşəbbüskarı kimi çıxış edir. Bu mənada Azərbaycanın "brendi" olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan "ASAN xidmət" mərkəzlərini xüsusi qeyd etmək lazımdır. "ASAN xidmət" dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın, ictimai xidmətlərin mütərəqqi modelidir və bürokratik əngəllərin, mümkün korrupsiya hallarının aradan qaldırılmasına olduqca müsbət təsir göstərir. Hazırda "ASAN xidmət" nümunəsi digər ölkələr tərəfindən də yaxından öyrənilir və bu təcrübə geniş yayılır.

Multikulturalizm

Bu gün Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanınır. Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla bərabərhüquqluluq, qarşılıqlı etimad, faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrini daim inkişaf etdirir. Məhz bunun nəticəsidir ki, 2012-2013-cü illərdə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, qlobal problemlərin həllinə öz töhfəsini vermişdir. Ölkə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edərək regionda və daha geniş arealda mərkəz statusunu ildən-ilə gücləndirir. 2015-ci ildə ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə idman tarixində yeni maraqlı səhifə açan Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarını keçirəcəkdir. İki il ərzində bir ölkədə həm Avropa, həm də İslam Həmrəylik oyunlarının təşkil olunması Azərbaycanda multikulturalizm ideyalarının bütün sahələrdə özünü büruzə verdiyini təsdiq edir.
Hesab edirəm ki, müstəqillik illərində Azərbaycanın milli inkişaf strategiyası və inkişaf modeli "G20" üzvləri üçün də maraqlı ola və yeni perspektivlər aça bilər. Əminəm ki, əgər Azərbaycan 24 ildə Ermənistanla müharibə vəziyyətində yaşamasaydı və ərazisinin 20 faizi işğala məruz qalmasaydı, əldə edilmiş uğurların miqyası daha böyük olardı. Nəzərinizə çatdırmaq istərdim ki, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, sosial və iqtisadi infrastruktur, mədəniyyət abidələri dağıdılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Təəssüf ki, bu dövr ərzində beynəlxalq birlik münaqişənin həlli ilə bağlı qəti iradə nümayiş etdirməmiş, BMT Təhlükəsizlik Şurası başda olmaqla dünyanın aparıcı təşkilatlarının qərar və qətnamələri icra olunmamış, beynəlxalq hüququn tələbləri yerinə yetirilməmişdir.
Bununla yanaşı, hazırda postsovet məkanı, Yaxın Şərq və Afrikada yaranmış münaqişələr, vətəndaş qarşıdurması bu regionların inkişafını təhdid edir, milli iqtisadiyyatların çökməsinə, sosial fəlakətə, şəhər və kəndlərin dağılmasına və böyük qaçqın axınının yaranmasına yol açır. Əlbəttə, sülhü, sabitliyi, təhlükəsizliyi təhdid edən proseslər fonunda istər qlobal, istərsə də regional səviyyədə iqtisadi və maliyyə məsələlərinin tənzimlənməsi mürəkkəb və hətta mümkünsüz görünür. Buna görə də Sammitin gündəliyinə daxil edilmiş məsələlər aktual siyasi proseslər kontekstində nəzərdən keçirilməli, mövcud siyasi böhranların aradan qaldırılması, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli əməli şəkildə dəstəklənməlidir.
2014-cü ilin ortalarından dünya bazarlarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi və bu sahədə qeyri-sabit vəziyyətin yaranması ortamüddətli perspektivdə bir çox ölkələri iqtisadi mühitin daha da pisləşməsi, hətta staqnasiya, tənəzzül kimi çağırışlarla üz-üzə qoya bilər. Artıq bəzi ölkələrin nümunəsində bu prosesin ciddi fəsadlara səbəb olduğu müşahidə edilir. Buna görə də dünya enerji bazarında sabitləşdirici addımlar atılmalı, həm enerji ixrac edən, həm də onu idxal edən ölkələr üçün əlverişli durum təmin edilməlidir.
Azərbaycan dünyanın ayrı-ayrı bölgələrinin etibarlı enerji təchizatı, aztəminatlı ölkələrdə ərzaq təhlükəsizliyi probleminin həlli ilə bağlı planları alqışlayır. Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, qlobal səviyyədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması, investisiyaların təşviqi, gender bərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir.
Paralel şəkildə qlobal iqtisadi böhranın qarşısının alınması məqsədilə reallaşdırılmış tədbirlərin səmərəliliyi qiymətləndirilməli, sabitləşdirici addımların daha da dərinləşdirilməsi, böhrandan sonrakı dövrdə dünya iqtisadiyyatının təhdidlərə qarşı dayanıqlığının yüksəldilməsi və digər məsələlərə dair ciddi müzakirələr aparılmalı və adekvat rəylər yekun sənəddə öz əksini tapmalıdır.
Hesab edirəm ki, "Böyük İyirmiliy"in Antalya Sammitində aparılan müzakirələr və qəbul edilən qərarlar bir çox qlobal məsələlərə dair ümumi strategiyanın formalaşdırılması, hazırda müşahidə olunan problemlərin həlli ilə bağlı real və təsirli tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olacaqdır.


 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ