ABŞ dövlət katibi Con Kerri Suriyanın şimal sərhədlərinin bağlı olduğunu bildirib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, "Biz Türkiyə ilə qalan 98 kilometrlik sərhəd boyunca əməliyyata başlayırıq” – deyə o bəyan edib.
Parisdə olan Kerri CNN telekanalına açıqlamasında Suriyada İŞİD-ə qarşı keçiriləcək əməliyyat barədə də məlumat verib. "Biz Sincarı azad etdik, hazırda yaxınlıqdakı icmalara doğru hərəkət edirik. Söhbət Rusiyanın və Fransanın Rakkada anti-İŞİD aviazərbələrinin genişləndirilməsindən gedir”.
Bundan əlavə, Kerri bildirib ki, Suriyanın şimalında Türkiyə ilə birgə əməliyyat zamanı sərhədlərin 75 faizinin bağlı olduğunu görüblər. "Biz Türkiyə ilə qalan 98 kilometrlik sərhədlərin bağlanması ilə bağlı əməliyyata başlayırıq. Bizim xüsusi əməliyyat qrupumuz regiondadır. Düşünürəm, İŞİD_ə çox böyük təzyiq göstəririk” - dövlət katibi bildirib.