Səfir ABŞ-ın bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır olduğunu qeyd edib: "ABŞ qadın sahibkarlığına dəstək verilməsinin tərəfdarıdır. Qadın müvəffəqiyyət qazanıbsa, deməli onun uğurlu və sağlam ailəsi var".
Səfir bildirib ki, ABŞ, Fransa və digər ölkələr bütün dünyada terrorçuluqla birgə mübarizə aparırlar. Azərbaycanın da terrorçuluqla mübarizədə iştirak etdiyini deyən səfir 11 sentyabr hadisələrindən sonra təhlükəsizlik sahəsində Azərbaycan və ABŞ-ın uğurlu əməkdaşlığını qeyd edib.
Səfirin sözlərinə görə, Türkiyədə keçirilmiş G-20 sammitində terrorçuluqla mübarizə məsələlərinə də böyük diqqət ayrılıb.
R.Sekuta əlavə edib ki, Vaşinqtonun yüksək vəzifəli məmurları energetika, ticarət və digər sahələrdə məsələləri müzakirə etmək üçün gələn həftə Azərbaycana gələcək.