Nigeriya hərbçiləri "Boko-Haram”ın ehtimal olunan başçısını tutub. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, bu barədə "Sinxua” agentliyi hərbi mənbələrdən xəbər əldə edib.
Tutulan şəxsin adının Con Trankil olduğu bildirilir. O, ölkənin şimal-şərq hissəsindəki Mayduquri şəhərində ələ keçib. Xüsusi xidmətin xəbərinə görə, o, şəhərə 9 nəfərlə gəlib. Terakt törətmək məqsədilə gəlmiş dəstənin silah və avtomobilləri müsadirə olunub. Avtomobillərdən 20 partlayıcı qurğu da aşkar edilərək götürülüb.