Cümə axşamı günü, 05 noyabr 2026
     

Əli Həsənov Azərbaycanla münasibətlərdə Avropa üçün ən doğru olan prinsipləri göstərdi

Image


Azərbaycan Avropa İttifaqından (Aİ) ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üzrə təkliflər gözləyir, eyni zamanda rəsmi Bakıya Brüsselin ölkənin müstəqil milli siyasətinə hörmət etməsi lazımdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "New Europe” nəşrinə müsahibəsində deyib.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa üçün Xəzərin enerji resurslarına çıxış imkanı verir, enerji layihələrinin reallaşdırılmasına başlayıb.

Prezident Administrasiyasının (PA) rəsmisi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri daxil olmaqla, bir çox layihələrin müvəffəqiyyətlə reallaşdırılması ilə başa çatan 20 illik uğurlu enerji tərəfdaşlığını qeyd edib.

Ə.Həsənov "Cənub Qaz Dəhlizi”, Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri layihələrini xüsusilə vurğulayıb.

Azərbaycanın nəqliyyat sahəsində də vacib rol oynadığını bildirən Prezidentin köməkçisi Azərbaycan, Türkiyə və Gürcüstanı birbaşa birləşdirən, altı aydan sonra işə salınacaq və malları Çindən Avropaya və əks istiqamətdə daşımağa imkan verəcək Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini qeyd edib: "Azərbaycan müəyyən mənada Avropa kimi demokratiya, insan haqları və cəmiyyətdə siyasi plüralizmə doğru eyni yol tutub. Biz iqtisadiyyatın liberallaşmasına xüsusi diqqət yetirdik. Avropadan ala biləcəyimiz bütün təcrübəyə diqqət ayırmağa çalışırıq”.

PA rəsmisi təəssüflə qeyd edib ki, Avropada bəzi qüvvələr Azərbaycana təzyiq göstərməyə, ölkəyə nə etməli olduğunu diktə etməyə cəhd edirlər: "Bizim Aİ-yə üzv olan müxtəlif ölkələrlə yaxşı münasibətlərimiz var və bu yaxşı münasibətləri qorumağa davam edirik. Lakin Avropa Parlamentində bəzi qüvvələr Azərbaycana bir sıra qəbuledilməz qaydaları diktə etmək məqsədilə parlament üzvlərinə təzyiq etməyə çalışırlar. Əlbəttə ki, müstəqil ölkə kimi bundan narazıyıq və buna qarşı dayanmağa çalışacağıq. Azərbaycan öz müstəqil siyasətini həyata keçirir və biz hər hansı ölkədən asılı olmaq niyyətində deyilik".

Ə.Həsənov qarşılıqlı hörmət əsasında bərabərhüquqlu münasibətlərə çağırıb: "Biz seçkiləri (parlament - red.) Avropa qayda və normalarına uyğun olaraq keçirdik. Avropanın təzyiq altında olan bəzi təşkilatları Azərbaycandakı seçkilərin monitorinqini keçirməkdən imtina etdi. Lakin seçkiləri müşahidə etmək üçün gələn Avropa İttifaqı və Avropa Parlamentinin bəzi üzvləri seçkilərin demokratik keçdiyini gördülər. Hesab edirik ki, Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin xeyrinə deyil".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan enerji sahəsində əvvəlki siyasətə sadiq qalacaq: "Azərbaycan və Aİ arasında enerji daşıyıcıları və enerji təhlükəsizliyi sahəsində razılaşma var. Biz gələcəkdə ikitərəfli tərəfdaşlığa əsaslanan yeni müqavilələr imzlaya bilərik. Həmçinin Avropadan yeni təşəbbüslər gözləyirik və bizim yeni təşəbbüslərimiz var”.

Ə.Həsənov diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya Avropa bazarı uğrunda rəqib deyillər: "Biz rəqib olduğumuzu düşünmürük. Bu sahədə həmkar olduğumuzu düşünürük. Avropanı alternativ qazla təmin edirik. Bizim öz bazarımız var, Rusiyanın öz bazarı. Avropaya həm Rusiya, həm də Azərbaycan qazı lazımdır. Biz, həmçinin Türkiyənin qaz bazarına və bəzi yeni bazarlara istiqamətlənmişik”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan PA rəsmisi deyib ki, bu, bütün dünya üçün təhdiddir, xüsusilə də Avropa üçün problemdir: "Bir çox yeni münaqişələrin səbəbi etnik separatçılıqdır. Hesab edirəm ki, Aİ və BMT Dağlıq Qarabağ və digər münaqişələrin həlli üçün ciddi addımlar atmalıdır".

Ə.Həsənovun sözlərinə görə, radikal islamçılıq Azərbaycana xas deyil: "Azərbaycana radikal islamı gətirmək üçün ölkənin hüdudlarından kənarda müəyyən səylər göstərilir, lakin bu cəhdlərin qarşısını uğurla alırıq. Azərbaycan tarixən radikal ölkə deyil”.

Neftin qiymətinin azalmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışan Ə.Həsənov bildirib ki, Azərbaycanın neft gəlirləri iki dəfə azalıb: "Lakin Azərbaycan ötən illər ərzində qeyri-neft sektorunu inkişaf etdirə bilib. Hazırda ölkə ÜDM-nin 70 faizi qeyri-neft sektorunun payına düşür. İqtisadiyyatın şaxələndirilməsi müsbət nəticələrini verməyə başlayıb”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ