Fransa Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın Rakka şəhərində İŞİD mövqelərini intensiv bomba atəşinə titib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Fransa Müdafiə nazirliyindən bildirilib ki, 10 təyyarənin iştirak etdiyi hücumda terrorçu qrupun bazalarına 20 aviazərbə endirilib. Nazirliyin məlumatında o da bildirilir ki, zərbələr əsasən komanda məntəqəsinə, təlim düşərgəsinə və hərbi sursatın saxlanc yerinə endirilib.
Xatırladaq ki, 14 noyabr gecəsində Parisdə 132 nəfərin ölümü ilə nəticələnən silsilə teraktın məsuliyyətini İŞİd öz üzərinə götürüb.