Türkiyənin Antalya şəhərində "Böyük İyirmilik" ölkələri liderlərinin Sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzusunda keçirilən müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Baki-xeber.com bu barədə Prezidentin rəsmi internet səhifəsinə istinadən bildirir.
Saytın məlumatına görə, dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvətilə Azərbaycanın ilk dəfə belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.
Sonra Azərbaycan Prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar Türkiyə və Fransa xalqlarına başsağlığı verib və bildirib ki, Azərbaycan Türkiyənin və Fransanın yanındadır.
Daha sonra Prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.
Sammit öz işini davam etdirir.