Parisin Respublika meydanında bu anlarda atışma baş verib. Kimlər tərəfindən həyata keçirildiyi barədə hər hansı məlumatın olmadığı atışmanın ardından insanlar panika içində ətrafdakı ofis və mağazaları tərk edib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə. Yüzlərlə insan meydanı tərk edərək qaçmağa üz qoyub.
Bu arada bəlli olub ki, ölkə prezidenti Fransua Olland parlament qarşısında çıxış edərək qanunvericilikdə dəyişiklik etməyə və ölkədə fövqəladə vəziyyətmüddətini uzatmağa çağırıb. Prezident fövqəladə rejim müddətini 12 günə qədər artırmağı təklif edib, bundan sonra həmin müddətin 3 ay elan olunması üçün xüsusi qanun qəbul olunmalıdır. Ollandın məhz bu məsələ ilə bağlı parlamentarilərlə görüşdüyü bildirilir.