Fransa terrorunun ardından İraqın xarici işlər naziri Əl-Cəfəri verdiyi açıqlama ilə diqqətləri üzərinə çəkib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, iraqlı nazir Fransanın terror olacağı ilə bağlı öncədən xəbərdar edildiyini deyib.
"İraq kəşfiyyatı Fransa, ABŞ, İran və bəzi digər ölkələrin terror hücumuna məruz qalacağına dair məlumat əldə etdi və o məlumat adıçəkilən ölkələrə çatdırıldı” – deyən nazir bildirib ki, bu səbəbdən Fransa baş verən olaya daha hazırlıqlı olmalı idi.
"İŞİD üzvləri 82 ölkədən gələrək terrorçu qrupun sıralarında birləşmişdi, hazırda bu say 100-ə çatıb” – deyən Əl-Cəfəri təhlükənin ciddiyyətinin nəzərə alınmadığını bildirib. İraqlı nazir onu da deyib ki, Suriyada baş verənlər təkcə Suriyanın problemi olmamalıdır. "Misir, Liviya, İraq və Fransada yaşananlar İŞİD-in dünyaya təhdid olduğunun ən böyük sübutudur” – deyə Əl-Cəfəri bildirib.