Dünən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından "Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib. Bu barədə baki-xeber.com Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak edib.