MTN-in Baş idarəsinin keçmiş rəisi Akif Çovdarov barəsində rəsmi ittiham irəli sürülüb. Baki-xeber.com-un məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, onun barəsində AR Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb ki, bu sırada vəzifə səlahiyyətlərini aşma və dələduzluq maddələri də yer alır. Xəbərdə artıq A.Çovdarov barəsində həbs-qətimkan tədbirinin seçildiyi deyilir.
Xatırladaq ki, dünən MTN-in keçmiş idarə rəisi Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsində 4 saat ərzində dindirilib. Eyni zamanda onun özünün, oğlunun və kürəkəninin şəhər və bağ evlərində axtarış aparilib.