Paris polisi paytaxtda terror törədənlərdən birinin yaxın ətrafından 6 nəfəri həbs edib. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, bu barədə Fransanın "Le Figaro” qəzeti yazıb.
Qəzetin xəbərinə görə, onların hamısı İsmayıl Ömər Mustafa kimi tanınan terrorçu ilə yaxın əlaqədə olub. O, "Bataklan” teatrında törədilən qanlı olayın iştirakçısıdır. Tutulanlar arasında Mustafanın qardaşı da var. O, polisin terroristin evində apardığı axtarış zamanı tutularaq istintaqa cəlb olunub.
Bundan başqa, fransız polisi terroristlərin bir maşınını da aşkarlayıb. Qara "Seat Leon” Paris yaxınlığındakı Montreydə atılmış vəziyyətdə aşkarlanıb. Şahidlərin sözlərinə görə, belə bir maşın azı iki teraktın törədiməsi zamanı istifadə olunub. Europe 1 kanalı isə bildirir ki, maşının şəhərin kənarında atılmış vəziyyətdə tapılması terrorçulardan birinin və ya bir neçəsinin qaçmağa nail olduğunu düşünməyə əsas verir.