Gecə yağan güclü qar Moskvanın Şeremetyevo və Domodedovo aeroportlarının işində ciddi yubanmalara səbəb olub. Bu barədə baki-xeber.com utro.ru saytına istinadən bildirir.
Belə ki, səhər saatlarına olan məlumata görə, Şeremetyevoda 10-dan artıq reys ləngiyib. Domodedovoda isə 6 reysin sərnişinləri saatlarla uçuş vaxtını gözləməli olub.
RF Fövqəladə hallar xidmətinin xəbərinə görə, Moskva vilayəti ərazisində güclü yağıntı gözlənir. Xidmət güclü külək və yolların buz bağlaması hallarının olacağı ilə bağlı xəbərdarlıq edib.