Hər düşən fürsətdə özlərinin məzlum millət olduqlarına dünyanı inandırmağa çalışan ermənilər yenə də anında onu dəyərləndirməyi bacarıb. Belə ki, Parisdə yaşanan faciəli terror olayı ilə bağlı Fransa prezidenti Fransua Ollanda başsağlığı teleqramı vuran Kilikiya katolikosu I Aram günahsız qanı axıdılan millət (!) kimi baş verən faciəni yaxşı anladıqlarını bildirib. Bu barədə panorama.am saytı yazır.
"1915-ci ildə Osmanlı İmperiyasında soyqırım yaşamış millət olaraq, erməni xalqı günahsız insanların qanının axıdılmasının nə demək olduğunu gözəl anlayır” - deyə o, başsağlığı teleqramında bildirib. Təbii, biz də o fikrə şərikik ki, erməni GÜNAHSIZ insanların qanının axıdılmasının nə demək olduğunu gözəl anlayır. Çünki bu onun daim antitürk, antiazərbaycan planlarının tərkib hissəsi olub. Və bunu təkcə biz demirik – onların soysuz "qəhrəmanlarının” neçə türk cocuğu öldürdüyünü qürurla bəyan etdiyi yazılı mənbələr də az deyil və bütün bunların sübuta ehtiyacı yoxdur. Söhbət ondan gedir ki, bu bədnam millət hətta dünyada özünə ən yaxın bildiyi millətə üz vermiş faciədən də oz propoqandası üçün yararlanma fürsətini qaçırmır. Bunun isə bir adı var – simasızlıq...