Fransa polisi terrorçu-kamikadzelərdən birinin atası və qardaşını tutub. Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Liberation” nəşri yazıb. Nəşr bildirir ki, həmin terrorçu "Bataklan” teatrında terakt həyata keçirənlərdən biridir. İstintaqa yaxın şəxslərin bildirdiyinə görə, polisin antiterror qüvvələri Fransa vətəndaşı olduğu dəqiqləşdirilən terroçunun yaxınlarının evində axtarış aparır.
Daha öncə verilən xəbərə görə, terroristlərdən biri xüsusi xidmət orqanlarının axtarışında olub. Teraktın törədilməsində şübhəli bilinən daha iki nəfərin isə Fransaya Yunanıstandan keçdiyi ehtimal edilir.