İstanbulda bir qrup aktivist İran Konsulluğu önündə aksiya keçirib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, aksiya iştirakçıları İranın dövlət televiziyasını azərbaycan türklərini təhqir etməkdə qınayıb.
Ülkü Ocaqları milli hərəkatının İstanbul şöbəsinin sədri Ahmet Yigit Yıldırım İran televiziyasını Azərbaycan türklərinin milli hisslərilə oynamaqda ittiham edib.
"İran Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti yürüdür. Biz bir millət kimi bu siyasətə qarşı çıxırıq. 6 noyabrda dövlət televiziyası azərbaycanlıların açıq təhqir olunduğu verilişi efirə verdi. Biz etiraz edir və İranın Azərbaycan türklərinə münasibətini qınayırıq” Yıldırım bildirib.
Sonda aksiya iştirakçıları Konsulluğun önündə Cənubi Azərbaycan bayrağını asaraq dağılışıb.