APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən yaydığı məlumatda bildirilir.
"Qətiyyətlə bildiririk ki, heç bir halda Azərbaycan hökuməti, habelə Gənclər və İdman Nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməyib. Azərbaycan İlk Avropa Oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alıb” – deyə məlumatda deyilir.